Cümə , 10 Aprel 2026
Drone Cameras

SENSASİON İDDİA: Bu ölkələr Ukraynaya gizli şəkildə nüvə silahı ötürür

Rusiya Xarici Kəşfiyyat Xidməti (XKX) Böyük Britaniya və Fransanın Ukraynanı nüvə silahı ilə təmin etməyə hazırlaşdığını iddia edib.

Boyukmillet.com xəbər verir ki, XKX-in məlumatına görə, avropalılar silahların ötürülməsini Ukraynanın öz layihəsi kimi təqdim etməklə ört-basdır etmək istəyirlər.

“Ukraynanın “möcüzə” ilə təchiz olunmasının zəruri olduğu hesab edilir”, – deyə XKX-in mətbuat bürosunun açıqlamasında bildirilir.

Qurumun iddiasına əsasən, Berlin isə “bu təhlükəli avantürada iştirakdan imtina edib”.

Rusiya qurumu London və Parisin hazırda Kiyevə komponentlər, avadanlıq və texnologiyaların ötürülməsini təşkil etməyə çalışdığını da irəli sürüb.

XKX hesab edir ki, M51.1 sualtı qayığından buraxılan ballistik raketdən Fransanın TN75 kiçik ölçülü döyüş başlığı nəzərdən keçirilir.

Qeyd olunub ki, Böyük Britaniya və Fransa Nüvə Silahlarının Yayılmaması Müqaviləsini pozmağa cəhd göstərəcəkləri təqdirdə məsuliyyətdən yayına bilməyəcəklər.

“Bütün gizli məqamlar gec-tez üzə çıxacaq”, – deyə Rusiya xüsusi xidməti bəyan edib.

Check Also

Tramp İrana Hörmüzlə bağlı xəbərdarlıq etdi: Razılaşmaya uyğun deyil…

İranın Hörmüz boğazı ilə bağlı zəif idarəçiliyi atəşkəs razılaşmasının şərtlərinə uyğun deyil. Boyukmillet.com xəbər verir …