Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Serbiyada etiraz aksiyaları zamanı 6 polis əməkdaşı yaralanıb

Bazar günü gecə Valyevo, Belqrad və Serbiyanın digər şəhərlərində baş verən iğtişaşlar zamanı 6 polis əməkdaşı yaralanıb, 56 nəfər saxlanılıb.

Boyukmillet.com-un məlumatına görə, bu barədə bazar günü Serbiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Dünənki razılaşdırılmamış etiraz aksiyaları zamanı 6 polis əməkdaşı yaralanıb, 56 nəfər saxlanılıb, onlardan 16-sı cinayət törətməkdə şübhəli bilinir. Daha 35 nəfər isə inzibati xətalara görə məsuliyyətə cəlb edilib”, – məlumatda deyilir.

Belqraddan 100 kilometr qərbdə yerləşən Valyevoda etirazlar şənbə günü axşam saatlarında şəhərdə polisin nümayişçilərə qarşı zorakılığını əks etdirən videonun sosial mediada yayılmasından sonra başlayıb. Bazar günü gecə orada hakim Serb Tərəqqi Partiyasının (SPP) və onun tərəfdaş partiyalarının, şəhər administrasiyası, məhkəmə və prokurorluğun ofislərinə hücum edilib.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …