Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Türkiyədə meşə yanğınları davam edir

Türkiyənin Çanaqqala vilayətində, Sinopun isə Gerze rayonunda baş verən meşə yanğınları davam edir.

Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, yanğın əsən küləyin təsiri ilə meşə sahələrinə yayılıb, Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazisinə girişlər müvəqqəti dayandırılıb.

Çanaqqala valisi Ömər Toraman bildirib ki, hadisə ilə bağlı bölgədən 251 vətəndaş təhlükəsiz ərazilərə köçürülüb və Gelibolunun beş kəndi təxliyə edilib.

Yanğınla mübarizəyə 12 təyyarə, 12 helikopter, yüzə yaxın quru texnikası və 560 nəfərdən ibarət canlı qüvvə cəlb edilib.

Check Also

Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 73 şübhəli həbs edilib

Türkiyənin Adana şəhəri və 11 vilayətində silahlı cinayətkar qruplaşmalara qarşı keçirilən əməliyyat nəticəsində 73 nəfər …