Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Şeyxin müavini məktəblərdə dini dərslərin keçirilməsini vacib SAYIR: “Yoxsa İŞİD-ə qoşulacaqlar”

“Orta məktəblərdə dini dərslər tədris olunmasa, gələcəkdə İŞİD-ə qoşulanlar çox olacaq”

Boyukmillet.com xəbər verir ki, bunu “Mənəvi dəyərlərin təbliğində dini təhsil amili” adlı konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib. O qeyd edib ki, mütləq şəkildə orta ümumi təhsil müəssisələrində din tədris olunmalıdır:

“Elə bir zaman gələcək ki, peşman olacaqsınız. Görəcəksiniz ki, nə qədər gənc İŞİD kimi təşkilatlara qoşulacaq. Onların beyni elə orta məktəb dövründən zəhərlənməyə başlayır.

Yalnız sağlam dini təhsili olmayanlar düşmənə tərəf ola bilərlər. Əgər dini biliklər tədris olunarsa, uşaqlar düzgün tərbiyə ediləcəklər. Məktəblərdə fizika, riyaziyyat kimi dəqiq elmlər də tədris olunur. Mən də şagirdlərə, yalnız İslamın öyrədilməsinin tərəfdarı deyiləm”.

(Modern.az)

 

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir