Cümə axşamı , 9 May 2024
Drone Cameras

Sima Babayeva: Zülfinaz xanım işinin ustasıdır desək heç də, yanılmış olmarıq

Boyukmillet.com-un redaktoru Sima Babayeva 14 saylı poçt şöbəsinin rəisi Zülfinaz Abbasquliyeva ilə bağlı öz faceebok hüsabında paylaşım edib.

Sözü gedən paylaşımı sizə təqdim edirik.

Gördüyünüz bu xanım əslən Zəngilan rayonundan olan Zülfinaz Abbasquliyevadır. İyirmi ilə yaxındır ki, Azərpoçtun 14 saylı şöbəsinin rəisi işləyir.

Xidmət etdiyi ərazinin sakinləri ondan cox razıdırlar. İşlədiyi müddətdə heç kəsi narazı salmayan bu xanım gülər üzlülüyü və mehribanlığı ilə seçilir. Öz işinin ustasıdır desək heç də, yanılmış olmarıq. Maraqlanıb öyrəndik ki, Zülfinaz xanımın işindən həm də, rəhbərlik çox razıdır. Dəfələrlə ona yaxşı işinə görə təşəkkür edilmişdir.


Onunla söhbət zamanı bu nəcib xanımın nə qədər vətənpərvər olduğunu müşahidə etdik. Doğma yurdu Zəngilandan danışanda isə gözləri yaşarırdı. Möhtəşəm qələbəmiz üçün Ali Baş Komandanımıza və Azərbaycan əsgərinə dönə-dönə təşəkkür etdi.
Zülfinaz xanıma öz işlərində uğurlar diləyirik.

Sima Babayeva

Check Also

Cənub rayonlarının enerji verilişində fasilə yaranacaq

“Azərişıq” ASC-nin Cənub Regional Elektrik Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində …