Çərşənbə , 23 Aprel 2025
Drone Cameras

Şimali Kipr nümayəndəsi türk dövlətlərinə müraciət edib

Türk dövlətləri transsərhəd, təbii fəlakət, qeyri-qanuni miqrasiya və hibrid təhdidlərə qarşı da birləşməlidir.

Boyukmillet.com xəbər verir ki, bunu Şimali Kipr Məclisinin Hüquq, siyasi məsələlər, xarici əlaqələr və müdafiə komitəsinin sədri Yasemi Öztürk Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) üzv dövlətlərin parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin Bakıda keçirilən ikinci iclasında deyib.

O, türk dövlətlərinə müraciət edərək bildirib ki, bu gün Türk dünyasının bir hissəsi olan Şimali Kiprin haqlı mübarizəsi də təhlükəsizlik sahəsində ortaq fəaliyyət göstərilməsini daha zəruri edir: 

“Şimali Kiprin Türk dünyası arasında oynadığı rol mühüm elementdir və hər bir üzv ölkə üçün vacib amildir. Bu kontekstdə ölkələrimizin parlamentləri arasında qurulan dostluq qrupunun fəaliyyəti təqdirəlayiqdir”.

Check Also

Hesablama Palatası Milli Məclisdə hesabat verir

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə …