Cümə axşamı , 10 Aprel 2025
Drone Cameras

Şimali Kipri 5 ölkə tanıyacaq: Azərbaycan da var!

Beş ölkə Şimali Kipr Türk Respublikasını dövlət kimi tanıyacaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Arab Nyus” nəşri yazıb.

Nəşr iddia edib ki, Şimali Kipri Azərbaycan, Pakistan, Liviya, Banqladeş və Qambiya tanıyacaq:

“Qərb ölkələrindən gələn sərt reaksiyalara baxmayaraq, Ankara ada ilə bağlı planlarını tətbiq etməyə hazırlaşır. Şimali Kipri Türkiyədən sonra tanıyan ikinci dövlət Azərbaycan olacaq. Azərbaycan yaxın zamanlarda Şimali Kiprdə diplomatik missiya quracaq. Artıq bununla bağlı hesabatlar da mövcuddur.

Daha sonra isə Pakistan Şimali Kipri tanıyan ölkələr sırasına daxil olacaq. Bundan başqa, Liviya, Banqladeş və Qambiyanın da Şimali Kiprlə diplomatik əlaqələr qurması və tanıması gözlənilir”. 

Check Also

Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub

Martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan …