Bazar , 29 Mart 2026
Drone Cameras

Şimali Koreya ballistik raket atdığını təsdiqləyib

Şimali Koreya rəhbərliyi orta mənzilli ballistik raket atdıqlarını təsdiqləyib.

Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, söhbət “Hwasong-12” raketindən gedir.

Yaponiya Sahil Mühafizəsi bazar günü səhər KXDR-dən ballistik raketin buraxıla biləcəyi ilə bağlı xəbərdarlıq edib. Yaponiya Müdafiə Nazirliyi də mümkün atış barədə məlumat yayıb. Dənizdə olan gəmilərə diqqətli olmaq və şübhəli obyektlər aşkar edildikdə onlardan uzaq durmaq tövsiyə olunub.

Qeyd edək ki, bu, Pxenyanın ilin əvvəlindən bəri yeddinci silah sınağıdır.

Check Also

İran Yaxın Şərqdəki Amerika universitetlərini vurmaqla hədələyib

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Vaşinqton İran universitetlərinə edilən hücumları pisləməsə, Yaxın Şərqdəki Amerika universitetlərinə …