Cümə , 5 Dekabr 2025
Drone Cameras

Şimali Makedoniya klubu Azərbaycan millisinin voleybolçusu ilə vidalaşıb

Şimali Makedoniyanın “Vardar” klubu Azərbaycan millisinin voleybolçusu Roman Qurski ilə vidalaşıb.

Boyukmillet.com klubun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı oyunçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Skopye təmsilçisi Qurskiyə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Roman Qurski mövsümün əvvəlində “Vardar”la 1 illik müqavilə imzalamışdı. O, 2018/2019 mövsümündə Azərbaycanda MOİK, 2019/2020 mövsümündə isə “Azərreyl”in formasını geyinib.

Check Also

Azərbaycan dünya çempionatında 11 boksçu ilə təmsil olunacaq

3-13 dekabr aralığında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək dünya çempionatında Azərbaycanı 11 boksçu təmsil …