Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

“Simpsonlar” Harrisin seçiləcəyini öncədən görüb

Məşhur “Simpsonlar” cizgi serialının həvəskarları burada öncəgörmələr tapmaqda davam edirlər. Bu dəfə onlar 16 il öncə ekranlara çıxmış serialda ABŞ-ın yeni vitse-prezidenti Kamalla Harrisin obrazını aşkar ediblər.

“EADaily” portalı xəbər verir ki, ölkə tarixinin ilk qadın vitse-prezidentinin andiçmə mərasimindəki geyimi cizgi filminin epizodlarının birində Liza Simpsonun geyimi ilə üst-üstə düşür. Onların hər ikisi bənövşəyi kostyumdadırlar və boyunlarında ağ mirvariyə bənzər boyunbağı var.

“Gələcəkdən nişanə” sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Serialın sözügedən epizoduna görə, Harrisin oxşarı Liza sonradan ölkə prezidenti olur. Odur ki, hələ bir qədər də gözləmək lazımdır ki, cizgi filminin öncəgörmələri tam olaraq reallaşsın. Kim bilir, bəlkə də elə belə olacaq?

Check Also

“Simpsonlar” bunu da bildi – Davamı gəlsə, bütün dünyada fəlakət yaşanacaq – FOTO

Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni proqnozları ilə gündəmdədir. …