Şənbə , 18 May 2024
Drone Cameras

Şirvan Şəhər Mərkəzi xəstəxanasının doğum şöbəsinin girişi qeyri qanuni şəkildə bağlanıb

Şirvan Şəhəri Mərkəzi xəstəxanasının doğum şöbəsinin girişinin qeyri qanuni şəkildə bağlanması, şəhər sakinləri və ətraf rayonlardan gələn vətəndaşlarının narazılığına səbəb olub.

Qanunla Dövlət Xəstəxanasının özünə məxsus planı var, Fövqəladə Hallar Nazirliyi , İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti siz bunları görmədinizmi?

Orda hansısa fövqaladə vəziyyət yaransa o qapının bağlı olmağı bilirsinizmi hansı təhlükə ilə üz-üzə qoyacaq? Ölkə başçımız İlham Əliyev cənablarının ölkəmizdə apardığı islahatlar Dövlət və vətəndaşlar arasında sarsılmış körpülərin bərpasına səbəb olmuşdur, xalq içində də sevilmişdir.

İndi niyə görə? kimlərsə, nədənsə istifadə edərək dövlət əmlakının, vətəndaşların rahat istifadə etdiyi yeri, əsassız şəkildə və tez-bazar bağlayırlar. Buna səbəb nədir? Niyə kimlərsə dövlət adından istifadə edərək vətəndaşlar və dövlət arasında körpüləri sarsıdmaq istəyir? Niyə vətəndaşların rahatçılığı pozulur və onlar incidilir?


Azərbaycan Respublikası Səhiyyə Nazirliyi sizin xəbəriniz varmı? Adiyatı Qurumlardan xaiş edirəm ki, bu məsələni araşdıraraq, həlli yolunda işlər görsün.

Samid Əmrəliyev

Check Also

Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”

İqtisadçılar qərarları tənqid edir Bakıda taksi sürücülərinə qarşı reyd keçirib. Reydi Bakı Şəhər Dövlət Yol …