Şənbə , 18 Yanvar 2025
Drone Cameras

Şirvan yəhudiləri və ya simbioz gen yaddaşı

2018-ci ilin oktyabrın 24-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Şirvanşahlar Saray Kompleksində “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisi açıldı.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak etdi.
Sərgi Bakıda keçirilən “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində təşkil edilmişdi.
Sərgidə dünyanın ən böyük muzeylərindən Azərbaycana gətirilən nadir eksponatlar nümayiş olundu.Sərginin əsas eksponatlarını İstanbul Əskəri Muzeyi tərəfindən təqdim olunan maddi-mədəniyyət nümunələri təşkil edirdi. Sərgidə Şirvan hökmdarı Fərrux Yasara aid 4 dəbilqə, Şirvanşah Keyqubad və Şirvanşah I Xəlilullaha aid zirehli köynəklər 500 ildən sonra öz ata ocaqlarında sərgiləndi. Eyni zamanda Gürcüstan Milli Muzeyindən gətirilən Pir Hüseyn xanəgahına məxsus kaşı nümunələri də nümayiş olundu.Təəssüflər olsun ki, sovet tarixşunaslığının bizə sırıdığı və həqiqətləri əks etdirməyən yalanlardan yaxa qurtarmaq üçün, bu gün tədqiqatçılarımız tarixi keçmişimizlə bağlı faktları zərrə-zərrə toplayıb, ona yeni baxış nöqtəsini yaratmağa məcburdular. Tarixi yaddaşımızın ağ səhifələrindən biri də Şirvanşahlarla bağlıdır. Söhbət Qafqaz Albaniyasında vahid hakimiyyətin süqutundan sonra Cənubi Qafqazda meydana gəlmiş, orta əsrlərin oturuşmuş dövlətlərindən sayılan Şirvan dövlətindən gedir.

Bu dövlət kimə məxsus idi?

Qafqaz-albanlarına, ərəblərə, farslara, türklərə yoxsa yəhudilərə ? Bu dövlətin xalqımızın inkişafına nə kimi təsiri olmuşdur?
Bu suallara cavab tapmağın çətinliyi təkcə Şirvanın qədimliyi ilə bağlı deyil. Həm də bu çətinlik onun tarixində tamamilə fərqli mədəniyyətlərin və sülalələrin çulğalaşması ilə izah oluna bilər.

Beləliklə, bu gözəl diyarın real tarixi necədir?

Bununla bağlı redaksiyamız Şirvan Yəhudiləri üzrə tədqiqatlar aparan Adıgözəl Məmmədova müraciət etdi . Adıgözəl Məmmədov – 14-dən çox tədqiqat kitabının və 500 yüzdən çox məqalənin müəllifi, kitabları əsasında 4 film çəkilmiş. Onu da qeyd etmək yerinə düşər ki, 2014-cü ildə Adıgözəl Məmmədov Prezident mükafatı almış, 2017-ci ildə kitabları Amerikada 101 İndependence Avenue, S.E. Washington, D.C. 205404830 ünvanında yerləşən Konqres Kitabxanasına və “Cambridge Scholars Publishing” nəşriyyatında nəşr olunan 3 cildlik ensiklopediyaya daxil edilmişdir. ABŞ dövləti iki kitabına görə ayrı-ayrılıqda Adıgözəl Məmmədova təşəkkür məktubları göndərib. Xüsusilə Rusiya Prezidenti Yanında Strateji Araşdırmalar İnstitutunun əməkdaşlarının iştirakı ilə hazırlanmış “Qafqaz Liderlərinin Psixoloji Portretləri” kitabı bu gündə dünyanın aparıcı siyasi mərkəzləri üçün xüsusi əhəmiyyət daşıyır.

Adıgözəl müəllim Şirvan nədir və haradır?

Bu bir faktdır ki, Şirvan başlanğıcda Qafqaz Albaniyasının daxili ərazisi olub. Onu da yada salaq ki, Qafqaz Albaniyasının özü müasir Azərbaycanın və Dağıstanın torpaqlarında yerləşən qədim dövlət idi.
Həmin dövlət bölgədə hamıdan əvvəl xristianlığı qəbul etmişdi. Qafqaz Albaniyasının ayrılmaz hissəsi sayılan Şirvanın ərazisi şimalda Dərbənddən başlayıb cənubda Kür çayının qoluna kimi uzanırdı. Amma müasir dövrümüzdə Şirvanın özəyi Azərbaycanın ərazisindədir. “Şirvan” adı ilk dəfə İran sülaləsi olan Sasanilər zamanında meydana gəlmişdir. Bu sülalə 4-cü əsrdən 6-ci əsrədək Qafqaz Albaniyasının torpaqlarını özünə tabe etdirmişdi. Amma bəzi mənbələrin təsdiqinə görə, bu ad əvvəlcə “Şarvan” şəklində, yalnız müəyyən müddətdən sonra “Şirvan” kimi işlədilmişdir. Bir versiyaya görə, “Şirvan” termininin etimologiyası, yaranması və mənası fars dilindəki “şir” sözündəndir və şirlər ölkəsi deməkdir. Digər bir versiyaya görə bu sözün mənbəyi Sasani şahı Xosrov Anuşirvanın adı ilə bağlıdır. Amma 9-cu əsr tarixçisi Xordadbəy yazır ki, Sasani şahənşahı Ardaşir Papakan (224-240-cı illər) Zaqafqaziya hökmdarlarına Şah titulu verirdi. Alman əsilli şərqşünas Boris Dorn Şirvanşahların tarixinin 532-ci ildən başladığını yazır(Boris Dorn-Şirvan haqqında verilən iki konfrans// Zapiski Akademii Nauk, S.Peterburq, 1840 və1845 səh171). B.Dorn 532-ci ildə burada hakimiyyəti idarə edən Şirvanşah adlı bir hökmdarın üzərində duraraq deyir: “Şirvan ölkəsinin ilk hökmdarı Şirvanşah adını daşıyan bir adamdır və sonradan onun adı oğullarına ləqəb olaraq verilımişdir” (Boris Dorn-Şirvan haqqında verilən iki konfrans// Zapiski Akademii Nauk, S.Peterburq, 1840 və 1845 səh171).Şirvanşah haqqında məlumatı verdikdən sonra Dorn onun mənşəyi haqqında deyir ki, alimlər Şirvanşahların mənşəyini Bəhram Çubinə( Sasanilər ordusunda türk sərkərdələrinin arasında ən məşhur olanıdır) aid edir.Hər necə olsa da, mənbəyindən və şəcərəsindən asılı olmayaraq Şirvanda hakimiyyətdə olmuş bütün sülalələrin nümayəndələri “Şirvanşah” titulunu daşıyıblar.

Şirvan dövlətini Yəhudi xalqı ilə nə bağlayırdı ?

Adıgözəl Məmmədov

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …