Cümə , 27 Dekabr 2024
Drone Cameras

Siyasi şərhçi: “Düşünmürəm ki, Rusiya təyyarəni bilərəkdən vurub”

Təhlükəsizlik eksperti: “Konkret planlı işdir, görünür, təyyarənin izini itirməyə çalışıblar”

AZAL-ın Bakı-Qroznı aviareysi üzrə hərəkət edən sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra yayılan videogörüntülər hadisə ilə əlaqədar müxtəlif fərziyyələrin yaranmasına səbəb olub.

Rus, həmçinin xarici hərbi blogerlər və aviasiya analitikləri təyyarənin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən Ukraynaya məxsus pilotsuz uçan aparatla səhv salınaraq vurulması fikrini irəli sürüblər.

Ehtimal olunur ki, təyyarə Qroznıda eniş edərkən dron hücumuna məruz qalıb.

Çeçenistanın Təhlükəsizlik Şurasının rəhbəri Həmzət Kadırov dekabrın 25-də Qroznıya pilotsuz təyyarə ilə hücumun baş verdiyini təsdiqləyərək itki və dağıntıların olmadığını qeyd edib.

Pilota enişə icazə verilməyib…

“VÇK-OQPU” pilotun Qroznıdakı dispetçerlərlə danışıqlarının stenoqramını dərc edib.

Pilot Qroznıya yaxınlaşarkən: “Təyyarənin idarəetməsini itirirəm”, – deyib.

Ekipaj bir neçə dəfə Qroznıya eniş edə bilməyib, daha sonra isə GPS naviqasiyası bloklanıb.

“Flightradar24”-ün məlumatına görə, bu, Çeçenistana hücum edən dronları “susdurmaq” üçün edilib.

Elektron maneələr pilotun dispetçerlə danışıqlarına da mane olub və təyyarə faktiki olaraq “kor qalıb”.

Təyyarə Bakıya uçmağa qərar verdikdə isə pilot güclü zərbə aldıqlarını bildirib.

Sonra təyyarənin idarəetmə və hidravlikası sıradan çıxıb.

Pilot “Mineralnıe Vodı”ya eniş istədikdə ona orada da, Mahaçqalada da güclü külək və duman olduğunu bildiriblər.

Daha sonra pilot idarəetmənin itirildiyini və hidravlikanın sıradan çıxdığını bildirib.

Saat 8:24-də pilot təyyarənin qəza vəziyyətinə düşdüyünü açıqlayıb və bundan dərhal sonra Qroznıdakı dispetçerlə əlaqə kəsilib.

“VÇK-OQPU” Bakı-Qroznı laynerinin vurulduğu yeri təxmin  edib.

Bu, Çeçenistanın Naur rayonu üzərində baş verib, burada bir neçə hərbi hissə, o cümlədən hava hücumlarından müdafiə vasitələrinin yerləşdiyi hərbi hissələr var.

Dispetçer və ekipajın danışıqlarına əsasən, təyyarəyə dəyən güclü zərbəni pilot quş sürüsü ilə toqquşma hesab edib. Bu, Qroznı aeroportundan təxminən 18 kilometr şimalda, Naur rayonu üzərində, 2,4 min metr hündürlükdə baş verib.

Məlumatlara görə, bu ərazidə “Barnaul-T” hava hücumlarından müdafiəsi idarəetmə sistemi, həmçinin bir neçə “Pansir-S” sistemi yerləşir.

Foto: Reuters

Sağ qalanlar partlayışdan danışır

Qəzadan sağ çıxanlar iki partlayış səsi eşitdiklərini və təyyarənin gövdəsinə zərbə dəydiyini hiss etdiklərini bildiriblər.

Bundan başqa, məhvedici elementlər gövdəni dəlib və hətta bəzi sərnişinləri yaralayıb.

Hadisədən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev qəzanın səbəbinin bəlli olmadığını, eyni zamanda da, müxtəlif variantların mövcudluğunu qeyd edib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko deyib ki, Azərbaycana məxsus “Embraer 190” təyyarəsi Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

Check Also

Siyavuş Novruzov: – Özünü səfir kimi yox, səfil kimi aparmağa başlayıb

Bəzi səfirlər Azərbaycanda diplomatik yox, siyasi faəliyyətə başlayıblar. Boyukmillet.com xəbər verir ki, bu sözləri Milli …