Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Slovakiya Prezidenti ölkə vətəndaşlarına Ukrayna ordusunda xidmət etməyə icazə verib

Slovakiya prezidenti Zuzana Çaputova ölkənin ilk dörd vətəndaşına Ukrayna Silahlı Qüvvələrinə qoşulmağa icazə verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin mətbuat katibi Martin Strijinets bildirib.

Strijinetsin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinə qoşulmaq üçün müraciəti nəzərdə tutan 10 ərizədən dördü təmin edilib.

O, həmçinin vurğulayıb ki, Çaputova slovakların müraciətlərinə baxarkən Müdafiə, Daxili İşlər və Xarici İşlər nazirliklərinin tövsiyələrinə uyğun hərəkət edib.

Slovakiya qanunvericiliyinə əsasən, ölkə vətəndaşları yalnız prezidentin icazəsi ilə başqa dövlətlərin silahlı qüvvələrinə qoşula bilərlər.

İyulun əvvəlində Slovakiyanın Baş naziri Eduard Heqer bildirmişdi ki, ölkəsi Ukraynanı tanklar və MiQ-29 döyüş təyyarələri ilə təmin edə bilər.

Check Also

Aref: Quru əməliyyatı halında ABŞ qoşunlarının geri qayıtması Tehrandan asılı olacaq

İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Aref ABŞ-ın ölkəsinə qarşı mümkün quru əməliyyatı ilə bağlı məlumatlara …