Cümə , 17 Aprel 2026
Drone Cameras

SN: “Azərbaycanda koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir”

“Son günlərin statistikası onu göstərir ki, dünyada koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir. Biz hər zaman deyirdik ki, yayın sonu-payızın əvvəli vəziyyət pis olacaq”.

Boyukmillet.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, indiyədək epidemioloji vəziyyət nəzarət altında olub.

Nazirlik rəsmisi vurğulayıb ki, dünyada koronavirusla bağlı vəziyyətin pisləşməsinin Azərbaycana da təsiri olacaq: “Təəssüf ki, ölkədə vəziyyət ümumi tendensiya kimi pisləşməyə doğru gedir. Bu, gözlənilən haldır”.

Check Also

İstehlaka yararsız 227 kq at əti aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara regional bölməsinin və DİN-in Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri …