Bazar , 22 Dekabr 2024
Drone Cameras

Şöbə müdiri: Azərbaycanda tullantıların idarə olunması ilə bağlı ciddi addımlar atılır

Azərbaycanda tullantıların idarə olunması ilə bağlı ciddi addımlar atılır.

Boyukmillet.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev “Tullantılar haqqında qanun”un icra vəziyyətinə dair ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, təkcə Bakı şəhərində məişət tullantılarının idarə olunmasına deyil, həm də regionlarda olan təhlükəli tullantılarla mübarizəyə də diqqət ayrılır: “Bu siyahıya tibbi tullantıların idarəsi də aiddir. Sovet dövründən qalan tibb müəssisələritibbi tullantıların çoxalmasına səbəb olurdu. Monitorinqlərimiz nəticəsində həmin tullantıların təhlükəlilik dərəcəsi ölçülüb və müvafiq addımlar atılıb”.

Check Also

Sabah Bakıya qar yağacaq- HAVA PROQNOZU

Dekabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında …