Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

SOCAR “Azəriqaz” İB-nin “Başdan ayağa” aksiyası davam edir – Video

Artıq bir müddətdir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin rəhbər heyətinin təşəbbüsü ilə yeni bir aksiyaya start verilib.

Boyukmillet.com xəbər verir ki, aksiya çərçivəsində Birliyin müvafiq struktur bölmələrinin rəhbər şəxsləri qəza xidmətinin əməkdaşlarına dəstək məqsədi ilə abonentlər tərəfindən daxil olan müraciətlərdən birinin nəticələrini özləri aradan qaldırır. “Başdan ayağa” aksiyası bu dəfə işini Sumqayıt şəhərində davam etdirib.

Sumqayıt qaz istismarı Sahəsinin rəisi Vəli Sadıqov, ümumi məsələlər üzrə müavini Fərhad Vəzirov və baş mühəndisi Xanlar Əliyev vətəndaş müraciətinin nəticələrinin aradan qaldırılması məqsədilə əraziyə yollanıb.

Məsul şəxslərdən ibarət komanda qısa müddət ərzində fərdi yaşayış evinə quraşdırılan sonradan ödənişli qaz sayğacının əvəzlənməsi işini icra edib və yaranan problem aradan qaldırılıb.

Ətraflı video-materialdan izləyə bilərsiniz:


Check Also

Azərbaycanı tanıtmaq üçün xarici blogerlərə 4 milyon vəsait ayrılıb

Dövlət Turizm Agentliyi bununla əlaqədar 4 tender elan edib Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi ölkənin …