Cümə axşamı , 9 May 2024
Drone Cameras

SOCAR-la Pakistan şirkətləri arasında mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Pakistan şirkətləri arasında mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Məlumata görə, bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin Pakistan İslam Respublikasının investisiya şurası naziri Çaudri Salik Hüseyn və neft üzrə dövlət naziri Musadik Məsud Malik ilə görüşü keçirilib.

Görüşdə Azərbaycan ilə Pakistan arasında qarşılıqlı dostluq və qardaşlıq münasibətlərindən, yüksək səviyyəli strateji tərəfdaşlıqdan məmnunluq ifadə edilib, Pakistanın Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə dəstəyi bir daha qeyd edilib.

İki ölkə arasında bütün sahələrdə olduğu kimi, energetika sahəsində də əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.

Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli strateji hədəflərindən bəhs edilib, regional və qlobal enerji layihələri haqqında məlumat verilib. Neft-qaz sektorunda, xüsusilə neft məhsullarının ticarəti, təbii qaz infrastrukturunun inkişafı və maye təbii qaz (LNG) təchizatı üzrə müzakirələr aparılıb.

Check Also

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən mayın 6-da …