Bazar , 23 Fevral 2025
Drone Cameras

SOCAR Ukraynanın Müdafiə Nazirliyinə 4 min ton dizel yanacağı satacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi “SOCAR Energy Ukraine” şirkəti bu ölkənin Müdafiə Nazirliyinin elan etdiyi tenderin qaliblərindən biri olub.

Boyukmillet.com bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.

Məlumata görə, nazirlik 26 960 ton dizel yanacağının alınması üzrə elan etdiyi tenderin nəticələrini açıqlayıb. Qaliblər “Alyans Energo Trade”, “Exxon UK” və “OKKO Kontrakt” şirkətləri ilə yanaşı “SOCAR Ukraine” şirkətidir. Azərbaycan şirkətindən tonu 29 445 qrivnadan (1 870 manat) 4 min ton dizel yanacağı alınacaq.

Digər qaliblərə gəlincə, “Alyans Energo Trade” şirkəti Müdafiə Nazirliyinə tonu 28 817 – 29 139 qrivnadan 13 750 ton, “Exxon UK” şirkəti tonu 29 283 qrivnadan 5 610 ton, “OKKO Kontrakt” şirkəti isə tonu 29 445 qrivnadan 3 600 ton dizel yanacağı tədarük edəcək.

Check Also

Azərbaycanda təsdiq edilmiş neft ehtiyatları 7 milyard barel qiymətləndirilir

Azərbaycanda təsdiq edilmiş neft ehtiyatları 2025-ci il yanvarın 1-nə 7 milyard barel, qaz ehtiyatları isə 60 trilyon kubfut təşkil …