Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Soçidə alkoqoldan zəhərlənmə nəticəsində azı 10 nəfər ölüb

Siriusda (Soçi, Rusiya) bazarda satılan alkoqoldan zəhərlənmə nəticəsində azı 10 nəfər ölüb.

Boyukmillet.com Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Krasnodar diyarı məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.

“İstintaq Komitəsinin müstəntiqi bildirib ki, ilkin məlumata görə, alkoqoldan zəhərlənmə nəticəsində azı 10 nəfər ölüb”, – məlumatda bildirilib.

Təqsirləndirilən şəxslər barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …