Cümə , 22 Noyabr 2024
Drone Cameras

Bahar Nuri yazır: Başın sağ olsun, millətim

Təkcə şəhid verəndə ,başı sağ olmur vətənin. Milləti yüksəldən hər bir kəsini itirəndə baş sağlığı verilir vətənimə. Peyğəmbərimiz alim qanını, şəhit qanına bir tutmuşdur. Bu gün elə bir alimi, işinin peşəkarını, zəhmətkeş və işinə hər zaman aşiq insanı itirdik ki,  o şəxs müəllim adını qazanmaqla, bu ada şərəf vermişdir, müəllim adını yüksəltmişdir. Bu gün Masallının Ərkivan qəsəbəsində yaşayan, ömrünü şagirdlərinə fəda edən, sinif müəllimi deyil, şagirdlərinə HƏYAT MÜƏLLİMİ olan Əbülfəz müəllimi itirdik. O təkcə gözəl öyrədici deyil, gözəl tərbiyəçi idi.  Hörmətli, Əbülfəz Hilalov

yalnız dərs deyən, sadəcə bir-iki saat sinif otaqlarında şagird və tələbələrlə təmasda olan bir şəxs, adi tərbiyəçi deyil. O, zaman və gənclik arasında körpü yaradan, öz şəxsiyyəti ilə nümunə göstərən, sabahın qurucularını hazırlayan, millətin gələcəyi üçün böyük məsuliyyət daşıyan bir şəxsiyyət idi və bu yolda bütün gəncliyini, saçlarının qarasını,  cisminin qırışlarını fəda etmişdir.

   Müəllim adı, təkcə elm öyrədənə veriləcək qədər sadə bir ad deyil. Müəllim adı tələbəsinə İNSAN olmağı öyrədən kəsin əyninə tikilmiş bir əlbisədir.  Əbülfəz müəllim bu vəzifəni layiqindən artıq yerinə yetirmişdi. Minlərlə insana təhsil diplomu ilə birgə, Həyat diplomu da vermişdi. Bu gün yaşamağımı atama,  yaxşı yaşamağımı isə sevimli müəllimimə borcluyam. Gözəl müəllimim, sən, əridikcə, ətrafını nurlandıran bir şam idin. Minlərlə insan, sənin alnından tökülən tərin nəticəsində uğurlara addım atıb, Minlərlə insan sənin hikmətli sözlərin, tövsiyyələrin nəticəsində həyata sıx tutunub. Həyat eşqini, yaşadığın çətinliklər qarşısında dik durmağınla, üzündəki təbəssümlə bizə sevdirmişdin.  Sən yaşayan tarixsən!  Ölüm torpağa tapşırıldıqda deyil, qəlblərdən silindikdə  baş verir. Əbədiyyən yaşayacaqsan. Yaşadacağıq. Məkanın behişt olsun, cənnətə girişiylə, cənnəti nurlandıran şəxsiyyət..

Bəli, bunun üçün təkcə, ailəsinə deyil, bütün  millətimə baş sağlığı verirəm. Çünki, müəllim cəbhə arxasında cəhalətə elmiylə sinə gərən, qələmini silah edən kəsdir.

Bahar Nuri

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …