Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Somali sahillərində gəmi qaçırılıb

Liberiya bayrağı altında üzən yük gəmisi MV Lila Norfolk Somali sahillərində qaçırılıb.

Boyukmillet.com xəbər verir ki, hadisə yerinə hərbi təyyarə göndərilib.

Bildirilib ki, Somali sahillərində qaçırılan Liberiya bayraqlı gəminin göyərtəsində 15 hindistanlı ekipaj üzvü var. Gəmi Hindistan Hərbi Dəniz Qüvvələrinin təyyarələri tərəfindən izlənilir, ekipajla əlaqə qurulub.

Hindistan Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, yük gəmisinin ekipajı Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzinə yanvarın 4-ü axşam saatlarında təxminən beş və ya altı naməlum silahlı şəxsin gəmiyə mindiyi barədə məlumat verib.

Check Also

İran düşmənin hərbi və hökumət rəsmilərinin iqamətgahlarını qanuni hədəf elan edib

İran bildirib ki, ona qarşı münaqişədə iştirak edən ölkələrin hərbi komandanlarının və hökumət rəsmilərinin iqamətgahları …