Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Somalidə hərbçilərə qarşı terror aktı törədilib, ölənlər var

Somalinin paytaxtı Moqadişoda terror aktı törədilib.

Boyukmillet.com yerli KİV-ə istinadən xəbər verir ki, Banadir rayonunda hərbi maşın keçərkən partlayıcı qurğu işə salınıb.

İlkin məlumata görə, partlayış nəticəsində 7 nəfər həlak olub, daha 3 nəfər yaralanıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə ərazidəki bəzi mağazalara ziyan dəydiyi əks olunub.

Partlayışa görə məsuliyyəti “Aş-Şabab” terror təşkilatı üzərinə götürüb.

Check Also

“Mossad”ın uğursuz ssenarisi: İsrail on minlərlə kürd döyüşçüsünü İrana yeridə bilmədi

İsrail və ABŞ-ın İrana qarşı hazırladığı, on minlərlə kürd döyüşçüsünün iştirakı ilə Tehrana qədər irəliləməyi …