Cümə , 26 Aprel 2024
Drone Cameras

Somalidə toqquşmalarda 30-dan çox adam ölüb

Somalinin Somalilend ştatında hərbçilərlə hökumət əleyhinə olan silahlılar arasında baş verən qarşıdurmalarda son sutka ərzində azı 34 nəfər ölüb.

Bu barədə “Report” “Reuters” agentliyinə istinadən xəbər verir.

Boyukmillet.com xəbər verir ki, ştatın Las Anod (yerlilər “Laascaanood” deyə çağırır – red.) şəhərində hökumət əleyhinə olan yaraqlılarla regional asayiş qüvvələri arasında atışmalar başlayıb. Azı 40 nəfər yaralanıb.

Toqquşmalar müxalifətin ştatda dərhal administrasiya rəhbəri seçkilərinin keçirilməsi tələbi fonunda baş verir. Oktyabrda Somalilend parlamenti regionun hazırkı prezidenti Musa Bihi Abdinin noyabrda başa çatan səlahiyyət müddətini iki il uzadıb. Qərar Dövlət Seçki Komissiyasının texniki və maliyyə səbəblərinə görə noyabrın 13-dək prezident seçkilərinə hazırlaşa bilməyəcəyi barədə parlamentə məlumat verməsindən sonra verilib. Yeni seçki tarixi təyin edilməyib.

Las Anodda böyük iğtişaşlar dekabrın sonlarında, məşhur yerli siyasətçi Abdifatah Abdulli Hadravinin öldürülməsinə etiraz olaraq şəhərdə etiraz nümayişi keçirildikdən sonra başlayıb. Sakinlər kütləvi şəkildə şəhər küçələrinə çıxaraq cinayətkarların tapılıb cəzalandırılmasını tələb ediblər. Qarşıdurmalarda 20-yə yaxın insan ölüb.

Check Also

Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər

NATO Baş katibi Yens Stoltenberq 2024-cü ildə vəzifəsini tərk etdikdən sonra “Eurofighter” qırıcısının pilotu ola …