Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

SON DƏQİQƏ: Ermənistan rəsmilərinə Xankəndiyə getmək qadağası qoyuldu

Ermənistan rəsmilərinə Xankəndiyə getmək qadağası qoyuldu

Boyukmillet.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə qərar Xankəndində separatçıların keçirəcəyi qeyri-qanuni tədbirlə bağlıdır.

Erməni portalları yazır ki, “Tarixdə ilk dəfə olaraq Qarabağın Müstəqillik Günü tədbirləri Ermənistanın yüksək rəhbərliyinin iştirakı olmadan keçiriləcək. Xüsusilə, sentyabrın 1-də parlamentin növbədənkənar iclası, ertəsi gün isə Qarabağ Respublikasının Müstəqillik Gününə həsr olunmuş tədbirdə Ermənistan Prezidenti Armen Sarkisyan, Nikol Paşinyan və Alen Simonyan olmayacaq”.

Qeyd edək ki, digər mənbələrə görə separatçı tədbirlərdə Ermənistanın bütün parlament fraksiyalarının nümayəndələri iştirak edəcək. 

Check Also

27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl rayonu yeni inkişaf mərhələsində

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışımız Cəbrayıldan, Aprel döyüşlərindən sonra strateji yüksəkliklərin ordumuzun nəzarətinə keçməsi …