Çərşənbə , 26 İyun 2024
Drone Cameras

Son dəqiqə : Ərdoğan rəsmən açıqladı – Bir neçə gün ərzində Suriyada PKK/PYD terrorçularına qarşı yeni əməliyyat başlayır

 

Son dəqiqə : Ərdoğan rəsmən açıqladı – Bir neçə gün ərzində Suriyada PKK/PYD terrorçularına qarşı yeni əməliyyat başlayır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün ərzində Suriyada PKK/PYD terrorçularına qarşı yeni əməliyyatın başlayacağını açıqlayıb. 

Avropa.info xəbər verir ki, Ərdoğan qısa müddətdə Fəratın şərqini PKK/PYD terrorçularından təmizləyəcəklərini deyib.

“Fəratın şərqi ilə bağlı xəbərdarlıqlarımızı edərkən hazırlıqlarımızı da bitirdik. Fəratın şərqini separatçı terror təşkilatından təmizləmək üçün bir neçə gün ərzində yeni əməliyyata başlayacağıq. Hədəfimiz ABŞ əsgərləri deyil. Regionda fəaliyyət göstərən terror elementləridir. Münbiç ərəblərə aid olduğu halda terror təşkilatı oranı işğal edib. Ölkəmizdə olan təxminən 4 milyon suriyalının öz evlərinə dönmələri ancaq bu şəkildə mümkün ola bilər. Biz ölkəmizə və millətimizə tələ quranlarla deyil, dostluq göstərənlərlə yol getməyə davam edəcəyik” – Ərdoğan belə deyib.

Qeyd edək ki, bundan öncə Türkiyə Suriyada “Fərat Qalxanı” və “Zeytun Budağı” adlı əməliyyatlar keçirib. Əməliyyatlar nəticəsində Afrin, Əl-Bab, Cerablus və sairə önəmli bölgələr Türkiyə Silahlı Qüvvələrinin, Azad Suriya Ordusunun nəzarətinə keçib. Fəratın şərqindəki Münbiç, Kobani, Tel Abyad, Resulayın kimi şəhər və qəsəblər isə hələ də ABŞ-ın rəsmən dəstəklədiyi PYD/YPG terrorçularının nəzarətindədir.

Check Also

AZ/TV: FRANSIZ KÜPÜNƏ SİTAYİŞ

Qarabağdan hazırladığı reportajda maraqlı fakt təqdim edir. “Həftə” proqramında verilmiş bu videomaterialdan məlum olur ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir