Cümə axşamı , 16 Yanvar 2025
Drone Cameras

Son dəqiqə: Tramdan dövlət çevrilişi açıqlaması – “Məni devirməyə təşəbbüs etdilər…”

“Bu araşdırma hökumətimizi və ölkəmizi devirməyə təşəbbüsdür, qanundankənar çevriliş cəhdidir”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində xüsusi vəzifəli prokuror Robert Müllerin Rusiya ilə bağlı araşdırmaya münasibət bildirərkən deyib.

Araşdırmanın özünə və hökumtəinə qarşı yönəldiyini bildiriən Tramp bu araşdırmanı “cadugər ovu” adlandırıb. Tramp qeyd edib ki, araşdırmanın nəticəsində onun əleyhinə heç bir şey tapılmayacaq. ABŞ prezidenti bundan əmin olduğunu bildirib.

Araşdırmanın ABŞ xalqına haqsızlıq oduğunu deyən Tramp istintaqı hökuməti devirməyə və ölkədə çevriliş həyata keçirmək təşəbbüsündə ittiham edib:

“Əgər bunu Respublika Partiyası Demokrat Partiyasına qarşı etmiş olsaydı, əgər bunu prezident Obamaya qarşı etmiş olsaydıq, bu an həbsdə 100 nəfər olardı. Bu, vətən xainliyi sayılardı və həyatlarının bundan sonrakı hissəsini həbsdə keçirərdilər. Bu cür xainliyin başqa bir prezidentin başına gəlmsəinə izn vermərik”.

Müllerin apardığı araşdırmaya münasibət bildirən Tramp bu işdə özünü təqsirsiz olduğunu bildirib: “Bu işdə ən təqsirsiz mənəm. Milyonlarla səhifəlik sənədləri incələdilər və heç bir şey tapa bilmədilər. Rusiyanın 2016-cı il seçkilərindəki təsiri sıfırdı”.

Qeyd edək ki, 2016-cı ilin noyabrında keçirilən president seçklərində Trampın seçki qərargahı ilə ruslar arasında gizli əməkdaşlıq olduğu iddiası üzrə 2017-ci ilin mayın 17-də istintaq başlanılıb. Həmin araşdırma ötən həftənin cümə günü tamamlanıb.

ABŞ-ın ədliyyə naziri Vilyam Barr Konqres üzvlərinə Rusiya ilə araşdırma ilə bağlı göndərdiyi hesabatda Tramp və president seçkiləri kampaniyasında heç kimin Rusiya ilə işbirliyinin təsbit edilmədiyini bildirib.

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir