Cümə , 17 May 2024
Drone Cameras

Son üç gündə İranda ölümlə nəticələnən 111 yol qəzası baş verib

İranda son üç gündə ölümlə nəticələnən 111 yol qəzası baş verib.

Boyukmillet.com xəbər verir ki, bunu İran Daxili İşlər Nazirliyi İnformasiya və Nəqliyyatı İdarəetmə Mərkəzinin rəhbəri polkovnik Əhməd Şirani bildirib.

O, ötən ilin uyğun dövrü ilə müqayisədə builki qəzaların sayının çox olduğunu da qeyd edib.

Ə.Şirani deyib ki, son üç gün ərzində Novruz bayramı ərəfəsində ölümlə nəticələnən 111, xəsarətlə nəticələnən 2171 qəza hadisəsi qeydə alınıb: “Ümumilikdə 2282 qəza nəticəsində 125 nəfər ölüb, 2895 nəfər isə yaralanıb”.

İran rəsmisi vurğulayıb ki, ən çox ölümlə nəticələnən qəzaların Xorasan Rəzəvi, Tehran, Fars, Kirman və İsfahan, ən az qəzanın Çaharmahal və Bəxtiyari, İlam, Kohquluye və Boyer Əhməd, Hörmüzqan əyalətlərinin yollarında baş verib.

Qəzalar daha çox diqqətsizlik, əks tərəfin yoluna çıxma, qanunsuz ötmə, tələskənlik və hərəkət sürətinin artması nəticəsində qeydə alınıb.

Check Also

Rusiya MN-in Kadrlar Baş İdarəsinin rəisi saxlanılıb

Rusiya Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin rəisi general-leytenant Yuri Kuznetsov saxlanılıb. Boyukmillet.com xəbər verir ki, …