Nə haqda danışacaqdım sizə? Dayanın, yadıma salım! Hə, yadıma düşdü, Qarabağ, Ağdam haqqında danışmaq istəyirdim. O Ağdam ki, düz 27 il öncə Ermnənistan silahlı qüvvələri tərəfindən işğal edildi. 23 iyulda bir Türk şəhəri də ermənilərin əlinə düşdü. Hamı elə düşünürdü ki, bir aya, üç aya, beş aya, uzağı bir ilə bütün ağdamlılar təzədən öz yurd yuvalarına, ev eşiklərinə geri dönəcək, qaynar həyatlarını yenə Ağdamda davam etdirəcəklər. Amma sən saydığnı say, gör fələk nə sayır? “Bu gün artıq iyirmi yeddi ildir ki, Ağdamda günəş bizsiz doğur, qaranlıq rayonun üstünü bizsiz alır” kimi mənasız cümlələr quraraq ovqatınızı təlx etmək fikrində deyiləm. Amma gəlin bir məqamı unutmayaq ki, o gün Ağdam işğal olunan günü bir körpə dünyaya gəlmişdisə, bu gün artıq o körpənin iyirmi yeddi yaşı var. Yəni, o körpə bığlı, saqqallı kişidir və başı oğul – uşağa qarışıb. Ağdam gün keçdikcə bizdən gündə bir neçə yüz kilometr uzaqlaşır, çünki, Ağdamı görən, uşaqlığı, gəncliyi, bütün acılı – şirinli həyatı Ağdamda keçən o torpaqların hüquqi sahibləri bir – bir dünyasını dəyişir, onlardan geriyə qalanlar isə Azərbaycanın və eləcə də dünyanın dörd bir tərəfinə səpələniblər və əlləri yavaş – yavaş Ağdamdan üzülür. Artıq doxsanıncı illərdə yaranan müvəqqəti qəbristanlıqlara da gedənin. gələnin sayı azalıb. Elə bil bütün Ağdamlılar çəkilib öz guşələrinə sakitcə oturub əcəl zənglərinin çalınmasını gözləyirlər…
Fərqindəyəm sizləri deyəsən pessimist əhvali – ruhiyyəyə köklədim, amma arada belə həqiqətin üzünə dik baxmağı, sərtlikləri görməyi bacarmaq lazımdır. Necə ki, illərdir həqiqətin üzünə dik baxmağı bir kənara qoyub, həqiqətlərlə yanıb alışan, gündə üzünü bir neçə dəfə o acı həqiqətlərə çevirib başını çiyinlərinə qoyub zülüm zülüm ağlayan ağdamlılar var, Qarabağı, Ağdamı bircə dəfə də olsun görmək üçün hər şeyindən keçməyə, varından yox olmağa hazır soydaşlarımız var. Düşünün, isti yay günlərində hər kəs bu pandemiya ortaya çıxmamışdan öncə öz doğma rayonuna, el – obasına gedirdi. Bircə müharibədən sonra öz doğma yurd – yuvalarını itirən soydaşlarımızdan başqa. İllərlə isti çadırlarda, vaqonlarda, yataqxana künclərində yaşadılar. Getməyə bir yerləri olmadı. Yaz, yay, payız,qış demədən həyatlarını o isti çadırlarda, vaqonlarda, yataqxanalarda keçirərkən bircə öləziyən ümid onlara stimul verdi. “Yaşa” – dedi, “yaşat” – dedi, onların ümidlə sabaha boylanmalarına səbəb oldu.
Təqribən bir – iki ay bundan öncə Qarabağdan söz düşəndə əsəblərini cilovlaya bilməyən dostlardan birisi mənə internetdən bir nəfərin ünvanını göndərdi və bildirdi ki, ünvanını göndərdiyi xanım I Qarabağ müharibəsində Ağdamdakı səhra qospitalında tibb bacısı olaraq çalışıb. Sən demə Xankəndindəki Tibb Texnikomunu bitirdikdən sonra gələcək həyatı ilə bağlı xəyalları puç olan, parta arxasından birbaşa hərbi hospitala gələn, həmin hospitalda çalışıb yaralı əsgərlərimizin şəfa tapması üçün əlindən gələni əsirgəməyən, Ağdam işğal olunduqdan sonra belə öz peşəsindən əl çəkməyən, hazırda isə Rusiya Federasiyasının Perm şəhərində yaşayan bu xanım – Elyana Qurbanova I Qarabağ müharibəsinin adsız qəhrəmanlarından imiş. Aramızda intensivləşən telefon əlaqələri zamanı anlatdıqları, çəkdiyi videolar, atdığı səslər bu xanımın necə vətənpərvər olduğunu, vətən itkisindən sonra necə çətin günlər keçirib bu günlərə hansı arzularla gəlib çıxdığını, necə yenilməz, necə məğrur bir xasiyyətə sahib olduğunu mənə əyani şəkildə göstərdi. Bəlkə də çoxlarınız, ya da belə deyim çoxlarımız bu xanımın Elyana Qurbanovanın heç adını belə eşitməyib, amma o dövrdə o yerlərdə yağı düşmənlə üz- üzə dayanan hərbçilərimiz yəqin ki, Ağdam Səhra qospitalında Elyana xanımın özünün dediyi kimi orda çalışan qırx qızı çox yaxşı xatırlayarlar. Çünki, Elyanə xanım üstündən illər keçsə belə həmin o qanlı qadalı dövrdə çiyin çiyinə çalışdığı həkimləri, tibb bacılarını əsla unutmur, məncə heç unuda bilməz, belə anlayıram ki, E.Qurbanova bu dəqiqənin özündə belə həmin qospitalla, həmin həkimlərlə, həmin tibb bacıları ilə nəfəs alır təbiri – caizsə. Mətanət həkimi, Nazim həkimi, Valeh həkimi, hospitalın çalışanlarından Səbinəni, Aynanı, Şəhlanı, Xuramanı, Natəvanı, Nəsibəni, Gülçöhrəni, Tünzaləni, Xalidələri,Əlihüseyni, Hümbəti, Gülxarı, Təranəni, Kərimi, Allahyarı, Nübarı, İsmayılı və digər adsız qəhrəmanlarımızı yad edəndə istər istəməz qəhərlənir. Qospitalın baş həkimi Alı Qurbanovun qospital heyətinə göstərdiyi diqqət və qayğını isə Elyana xanım qətiyyən unuda bilmir.
Bayaq diqqət etdinizsə, hələ də insanların yaşamağına stimul verən öləzmiş bir ümiddən danışdım. Elə Elyana xanımı da qospitalı, onun çalışanlarını unutmağa qoymayan həmin o bir parça işıq ucu boyda qalan öləziyən ümiddir. O ümidin bir gün Allah eləməsin sönməsindən qorxur Elyana xanım, elə ona görə də ermənilərin törətdiyi vəhşiliklər haqqında yaşadığı şəhərdə ətrafında olan millətlərə danışır. Ona görə dayanmadan videolar hazırlayır, yorulmadan gənc qız ikən atıldığı müharibə
Oktay Hacımusalı
Check Also
Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər
Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …