Şənbə , 7 Mart 2026
Drone Cameras

Sorğu: “ABŞ-da dörd çinlidən üçü irqi ayrı-seçkiliyə məruz qalır”

“Çin əsilli ABŞ vətəndaşlarının dörddə üçü son bir ildə irqi ayrı-seçkiliyə məruz qalıb”.

Boyukmillet.com xəbər verir ki , bu barədə Kolumbiya Universitetinin və ABŞ vətəndaşlığına malik tanınmış çinlilərdən ibarət qeyri-kommersiya təşkilatı olan “Yüzlər Komitəsi”nin tədqiqatı ilə tanış olan “Axios” portalı məlumat yayıb.

Qeyd olunub ki, təxminən dörd çinli amerikalıdan üçü son 12 ayda irqi ayrı-seçkiliyə məruz qaldığını etiraf edib və hər üç nəfərdən ikisi nifrət cinayətlərinə qarşı xüsusilə diqqətli olmaları lazım olduğunu düşünür.

Bundan əlavə, sorğu iştirakçılarının demək olar ki, 50%-i ABŞ-ın digər sakinlərinə nisbətən onlara daha az hörmətlə yanaşıldığını hiss edib, 25%-dən çoxu fiziki təhdidlər, hücumlar, vandalizm, əmlaka ziyan və irqi təhqirlər kimi qərəz və nifrət yaşadıqlarını bildirib.

Check Also

Livan İran vətəndaşları üçün vizasız rejimi ləğv etmək qərarına gəlib

Livan hökuməti iranlılar üçün vizasız rejimi ləğv etmək qərarına gəlib. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər …