Bazar , 19 May 2024
Drone Cameras

Beynəlxalq Güney Azərbaycan Türkləri III forumu İstanbulda keçirildi

Dünən İstanbuldakı Nişantaşı Universitetində Beynəlxalq Güney Azərbaycan Türkləri üçüncü Forumu keçirildi.

Forumun təşkili ilə bağlı ətraflı bilgiləri Güney Azərbaycanlı fəal Ağrı Qaradağlıdan aldıq: “ İlk öncə qeyd edim ki, bu Forum tək bir təşkilatın, qurumun və yaxud şəxsin işi deyil, bir çox güneyli milli fəalın və yanı sıra müxtəlif təşkilatların, dərnəklərin də qatıldığı bir toplantıdır. Burada çox insanın əməyi var, təşkilat tərkibimiz sadəcə Güney Azərbaycan Türklərindən ibarət deyil, təbii ki, Qüzey Azərbaycan və Türkiyəli soydaşlarımız da bizə qatlıblar, beləliklə 14 nəfərdən ibarət bir komissiya yaratmışıq. Birinci Forum 2012-ci ildə Ankarada, ikincisi 2022-ci ildə İzmirdə və bu gün üçüncüsü İstanbulda gerçəkləşdirilir. Bizim bu Forumu keçirməkdə əsas məqsədimiz güney Azərbaycanın müstəqilliyi və bu istiqamətdə nələr edə bilərik, əsasən bunu müzakirə edəcəyik.

Məlum olduğu kimi son zamanlar Azərbaycanla İran arasında münasibətlər gərginləşib, onsuz da Azərbaycan müstəqilliyini qazanandan bəri 30 ildir İran Ermənistanın yanındadır, onlara dəstək verir, biz həm də bu məsələləri müzakirə edəcəyik. Azərbaycanın İrandakı səfirliyində törədilən terror hadisəsi, millət vəkili Fazil Mustafaya qarşı törədilən terror cinayəti, tam əminliklə deyirəm ki, bütün bunların arxasında İran fars molla rejimi dayanır, hətta Hacı Şahinin də ölümündə onların əli olduğunu düşünürəm, çünki o, İran casus şəbəkəsinin bir çox üzvlərini üzə çıxartmış bir adam idi. İran 30 ildir Azərbaycanda öz agentlərini yetişdirmək üçün planlar qurub, böyük məbləğdə pullar xərcləyib, indi isə bütün planlarının suya düşməsi onu özündən çıxarır və belə çirkin terror aktlarına əl atır.

Biz inanırıq ki, İran çox yaxın gələcəkdə parçalanacaq və Güney Azərbaycan öz müstəqilliyini əldə edəcək, buna əminəm, amma bunun gerçəkləşməsi üçün də Azərbaycan Dövləti ilə Tükiyənin Güney Azərbaycan Milli Hərəkatının yanında olması lazımdır. Çünki Azərbaycan nə qədər İranla qonşuluq münasibətlərini qorusa da artıq İranın iç üzünü gördü, fars molla rejiminin Azərbaycana qarşı bir düşmənçilik siyasəti olduğunu və bunun bitməyəcəyini anladı, ona görə də məsələyə artıq dövlət səviyyəsində münasibət bildirilir”.

Açıklama yok.Forumda çıxış edən professor Nəsib Nəsibli “Məlumdur ki, İran Azərbaycanın varlığından hər zaman narahat olur. Güney Azərbaycanlıları kimsəyə boyun əymədən yalnız öz mücadilələrini güclü bir şəkildə davam etdirərək müstəqilliyini qazanmaq məcburiyyətindədir və mən Güney Azərbaycanın azad olacağına tam əminliklə inanıram”, millət vəkili Sabir Rüstəmxanlı “ Ora farsistan deyil, Türküstandır, Güney Azərbaycan mütləq öz müstəqilliyinə qovuşacaq, Azərbaycan dövləti də son zamanlar İranın Azərbaycana qarşı yürütdüyü siyasəti görür və buna laqeyd deyildir”, keçmiş DAK sədri Cavad Derəxti “ Güney Azərbaycan milli fəallarının fəaliyyətinə güclü mediya dəstəyi olmalıdır, bu çox önəmlıdır. Bir də Güney Azərbaycanlıların haqlarının pozulması ilə bağlı biz o zaman Lahey Məhkəməsinə müraciət etmək istədik, vəkil tutmaq üçün maddi imkanımız olmadı, Azərbaycan dövlətinə müraciət etdik, bizə dəstək vermədilər. Burada millət vəkillərimiz iştirak edir, onlara səslənirəm, Məclisdə gündəmə gətirsinlər, Azərbaycan dövlətindən xahiş edirəm bu məsələni diqqətə alsın. Biz Güney Azərbaycanın mütləq müstəqil olacağına inanan mücadilə adamlarıyıq” deyə öz fikirlərini səsləndirdilər.

Forumun sonunda təşkilatçılardan olan Camal Mehmetxanoğlu dünyanın müxtəlif ölkələrindən qatılan hər kəsə təşəkkürlərini bildirdi və bəzi milli fəallara plaketlər təqdim etdi.

Yaqut Misirxanlı

Check Also

Vladanka Andreyeva: “COP29 müxtəlif sektorların iqlim dəyişikliyi ilə bağlı öhdəliklərini bilməsi üçün vacibdir”

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müxtəlif sektorların …