Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Şoyqu: “Rusiya sərhədi boyu bizə qarşı “dərin iş” aparılır”

“Rusiyaya qarşı “dərin iş” gedir. Ölkə sərhədi boyu anti-Rusiya təbliğatı mərkəzləri yaradılır”.

Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

Şoyqu anti-Rusiya təbliğatı mərkəzlərinin yaradıldığı şəhərləri də açıqlayıb. Onun sözlərinə görə, bu mərkəzlər Riqa, Tallin, Varşava və Helsinkidir: “Əvvəla, bunlar ölkəmizin daxili işlərinə qarışmaq cəhdləridir. Tədricən, addım-addım bizə qarşı “dərin işlər” aparılır, Kalininqraddan Kamçatkaya qədər… Rusiyanın bir müdafiə sistemi qurması lazımdır” (APA).

Check Also

Elmar Məmmədyarovun bağı ilə bağlı QALMAQAL

Keçmiş Xarici İşlər naziri Elmar Məmmədyarovun Mərdəkanda yerləşən 0.24 hektarlıq bağ sahəsilə əlaqədar qalmaqal yaranıb. …