Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

STM rəhbəri: “Qərbi Azərbaycan mövzusu Qarabağ zəfərinin nəticəsidir”

Qərbi Azərbaycan mövzusu Qarabağ zəfərinin nəticəsidir.

Boyukmillet.com xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin rəhbəri, deputat Zahid Oruc “Qərbi Azərbaycan yolunda” konfransında çıxışı zamanı deyib.

O bildirib ki, əgər Qarabağ zəfəri olmasaydı, Qərbi Azərbaycan mövzusu gündəliyə bu qədər sistemli şəkildə gəlməzdi: “Qarabağ məsələsinin həlli bütün tarixi torpaqlara qayıdış ruhunu dirçəldib. Bu mənada, Qarabağ zəfəri müstəsna əhəmiyyətə malikdir”.

Z.Oruc, həmçinin deyib ki, Qərbi Azərbaycan məsələsi Ermənistanda şok effekti yaradıb: “Bu məsələnin Azərbaycan parlamentində müzakirə olunması Ermənistanı ciddi narahat edir”.

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …