Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Su kanalında boğulan gəncin qohumları Bakı-Qazax magistral yolunu bağlayıblar – FOTOLAR

Bu gün saat 11.30 radələrindən etibarən Bakı-Qazax magistral yolunda nəqliyyatın hərəkəti dayandığı üçün uzun tıxac yaranıb.

Boyukmillet.com-un əməkdaşı xəbər verir ki, yolu avqustun 5-də İmişli kanalında boğulan 23 yaşlı Elvin Paşayevin qohumları bağlayıb.

Onlar kanalın suyunun kəsilməsini və batmış gəncin axtarışlarının aparılmasını tələb edir. 1 uşaq atası olan E.Paşayev Qobustan sakini olduğundan yolun Qobustan ərazisindən keçən hissəsi kəsilib.

Mərhumun əmisi oğlu dedi ki, 200-ə yaxın adam axtarışa başlayıb: “Amma suyun qabağı kəsilməsə, tapa bilməyəcəyik. Yalvarıram, kömək edin!”

Hadisə yerinə çoxsaylı vətəndaşlar gəlib.

Boyukmillet.com-un əməkdaşı xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəldikdən sonra yol açılıb və hərəkət bərpa olunub.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir