Cümə , 29 Mart 2024
Drone Cameras

Sudanda münaqişə tərəfləri danışıqlar üçün nümayəndələrini təyin edib

Sudan ordusu və Çevik Reaksiya Qüvvələri (xüsusi təyinatlılar) danışıqlarda iştirak etmək üçün öz namizədlərini müəyyənləşdirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Sudandakı nümayəndəsi bildirib.

Onun sözlərinə görə, həm ordu, həm də xüsusi təyinatlılar dialoqa əvvəlkindən daha çox açıqdır.

BMT nümayəndəsi qeyd edib ki, tərəflər arasında danışıqlar Cənubi Sudanda və ya Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilə bilər. O, təklif olunan görüşün tarixini qeyd etməyib.

Qeyd edək ki, aprelin 15-dən Sudanda xüsusi təyinatlı qüvvələrlə nizami ordu bölmələri arasında döyüşlər gedir. Sudanda müxalif qüvvələr hərbi uğurlar və obyektlərə nəzarət barədə ziddiyyətli bəyanatlar verir, mediada və sosial şəbəkələrdə genişmiqyaslı informasiya müharibəsi aparır. Aprelin 21-də hər iki tərəf Ramazan bayramı münasibətilə atəşkəs elan edib.

Sudanın səhiyyə naziri ölkədəki qarşıdurmalarda ölənlərin sayının 600 nəfərə çatdığını vurğulayıb. Məlumata görə, 4 minə yaxın insan yaralanıb.

Xatırladaq ki, ABŞ-ın vasitəçiliyilə münaqişə tərəfləri arasında 72 saatlıq atəşkəs elan olunub.

Check Also

Lavrovdan Ermənistana SƏRT MESAJ

Lavrov Moskva ilə İrəvan arasında münasibətlərdə nikbin olmadığını açıqlayıb.  “Rusiya Federasiyası ilə münasibətləri bilərəkdən pozan …