Cümə axşamı , 2 May 2024
Drone Cameras

Sudanda toqquşmalarda ölən mülki şəxslərin sayı 425-ə çatıb

Sudanda ordu ilə çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) arasında baş verən qarşıdurmalarda həlak olan mülki şəxslərin sayı 425-ə yüksəlib, 2091 nəfər yaralanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Sudanın Həkimlər Komitəsi məlumat yayıb.

“Toqquşmalar başlayandan bəri ölən mülki vətəndaşların sayı 425-ə, yaralıların sayı 2 091-ə çatıb”, – komitə açıqlayıb.

Xatırladaq ki, daha öncə ölkənin Səhiyyə Nazirliyi aprelin 15-dən aprelin 27-dək ümumilikdə 528 nəfərin öldüyünü, 4 599 nəfərin yaralandığını bildirmişdi.

Check Also

Saakaşvili: “Xarici agentlər haqqında” Qanun Gürcüstanda hakimiyyət dəyişikliyinə səbəb olacaq”

Keçmiş Prezident İvanişvilini Putinin davamçısı adlandırıb Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixail Saakaşvili “Dojd” kanalına …