Şənbə , 15 Mart 2025
Drone Cameras

Sülh Platforması erməni vandalizmi ilə bağlı bəyanat yaydı

Ermənistan-Azərbaycan Sülh Platforması qoşunların təmas xəttində gedən döyüşlərlə bağlı bəyanat yayıb.

Sülh Platformasının mətbuat xidmətindən Boyukmillet.com-a verilən məlumata görə, bəyanatda bildirilir ki, Sülh Platforması 4 iyul 2017-ci il tarixində cəbhə xəttinin Füzuli istiqamətindəki ayırmalar nəticəsində Quliyeva Sahibənin və onun nəvəsi 2 yaşlı körpə olan Quliyeva Zəhranın həlak olması, o cümlədən Quliyeva Sərvinazın ağır yaralanmasından təəssüf hissi keçirir: 

“Bu hadisələrin baş verməsi iki qonşu xalq arasında nifrətin dərinləşməsinə və düşmənçilik hisslərinin güclənməsinə səbəb olur. Ermənistan və Azərbaycan arasında aparılan danışıqlar prosesində kardinal irəliləyişlər olmadıqca, iki dövlət arasında dəhşətli fəsadlara gətirə biləcək müharibənin baş vermə ehtimalını getdikcə artır. Bunun qarşısını almaq üçün regionda sülhün və təhlükəsizliyin bərqərar olmasını istəyən qüvvələr, beynəlxalq təşkilatlar tez bir zamanda real addımların atılması üçün fəaliyyətə keçməlidir. 

“Ermənistan-Azərbaycan Sülh Platforması” olaraq, bir daha cəbhə xəttindəki dəhşətli olayda həlak olan şəxslərin ailələrinə səbr diləyir, bir daha bu cür itkilərin olmaması ümidi ilə tez bir zamanda münaqişənin sülh yolu ilə həll olmasına üçün tərəfləri atəşkəsə riayət etməyə çağırırq”.

Check Also

Ötən il korrupsiya ilə bağlı 43 nəfər cinayət başında tutulub

Ötən il Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya cinayəti törədən 43 nəfər cinayət başında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir