Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

Sülhməramlılar fəalları hərbi postun ərazisindən çıxarmaq istəyir, QHT-lər imtina edirlər

Rusiya sülhməramlı qüvvələrinin yüksək rütbəli nümayəndəsi azərbaycanlı fəallardan sülhməramlı kontingentin postunun ərazisini tərk etməyi tələb etsə də, fəallar kontingent komandanının əraziyə gəlməsini istəyirlər.

Report-un müxbiri bunu bu gün səhər saatlarından etibarən Azərbaycan QHT-lərinin etiraz aksiyasının keçirildiyi postun yaxınlığındakı hadisə yerindən xəbər verir.

“Üçtərəfli bəyanata əsasən sizdən ərazini tərk etməyinizi xahiş edirəm”, – hərbi geyiminə əsasən polkovnik olduğu güman edilən, lakin soyadı yazılan nişanı çıxarmış rusiyalı hərbçi deyib.

Check Also

Bakı və Abşeron yarımadasında son 38 ilin yağıntı rekordu yenilənib

Bakı və Abşeron yarımadasında indiyədək qeydə alınmış rekord yağıntı göstəriciləri ilə müqayisədə cari ilin mart …