Çərşənbə axşamı , 14 May 2024
Drone Cameras

Sultan Hacıyev: “Azərbaycan bərpa və yenidənqurma proseslərində böyük tərəqqiyə nail olub”

“Bu gün imzalanan layihə Azərbaycanın minatəmizləmə prosesində beynəlxalq dəstək aldığının əyani sübutudur”.

Boyukmillet.com xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin rəhbər müavini Sultan Hacıyev deyib.

“Azərbaycan həmişə olduğu kimi öz imkanlarına arxalanır. Azərbaycan ümumi bərpa və yenidənqurma proseslərində, eləcə də onların tərkib hissəsi olan minatəmizləmə fəaliyyətində böyük tərəqqiyə nail olub. Nəticələr göz qabağındadır. Ölkə rəhbərliyi daim beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb. Ümid edirik ki, bu sahədə əməkdaşlıq səmərəli şəkildə davam etdiriləcək və keçmiş məcburi köçkünlər uzun illərin həsrətindən sonra sağ-salamat öz doğma yurd-yuvalarına qayıda biləcəklər”, – o bildirib.

Check Also

Birinci Qarabağ müharibəsində itkin düşən Gülalı Dadaşovla vida mərasimi keçirilir

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılan Gülalı Dadaşovla …