Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Sumqayıtda jurnalistin avtomobili qarət edilib

Sumqayıtda avtomobildən oğurluq hadisəsi baş verib.

Boyukmillet.com-un xəbərinə görə, hadisə ötən gecə 36-ci məhəllədə qeydə alınıb.

Belə ki, jurnalist İlham Məmmədzadənin avtomobili qarət edilib.

Bu barədə jurnalist sosial şəbəkədə məlumat paylaşıb.

Bildirib ki, naməlum şəxs və ya şəxslər onun avtomobilinin sol-qabaq hissəsinin şüşəsini sındıraraq qarət edib.

İ.Məmmədzadə hadisə barədə Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib.

DİN-dən “Report”a bildirilib ki, hadisə artıq araşdırılır.

Check Also

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. …