Bazar , 15 Noyabr 2026
Drone Cameras

Suriya Müdafiə Nazirliyi ölkədə PKK qruplaşmalarını tam ləğv etmək niyyətindədir

Suriya Müdafiə Nazirliyi ölkənin şərq bölgələrində fəaliyyət göstərən Kürdüstan Fəhlə Partiyasının (PKK, Ankara tərəfindən terror təşkilatı kimi tanınır) qruplaşmalarını tam ləğv etmək vəzifəsini qarşıya qoyub.

Boyukmillet.com TASS-a istinadən verdiyi məlumata görə, müvafiq bəyanatı Suriyanın müvəqqəti hökumətinin müdafiə naziri Həsən əl-Həmada “X”də paylaşıb.

“Suriyanın şərq əyalətlərində PKK terror partiyasından azad olmaq üçün geniş xalq tələbləri var. Bu insanların separatçı layihələrini məhv etməyənə qədər Azad Suriya təhlükəsizlikdə olmayacaq və bu qaçılmazdır”, – deyə paylaşımda qeyd olunub.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …