Bazar , 15 Noyabr 2026
Drone Cameras

Türkiyə Prezidenti: Ölkəmiz dünyadakı qarışıqlıq fonunda sabitlik adası kimi qiymətləndirilir

Bölgədə və dünyada gedən müharibə və qarışıqlığın fonunda Türkiyə sabitlik adası kimi qiymətləndirilir.

Boyukmillet.com-un məlumatına görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya Əyalət Konqresindəki nitqi zamanı deyib.

Ərdoğan bu kimi hadisələrin Türkiyəyə müəyyən təsir etdiyini bildirib:

“Amma biz balanslaşdırılmış, ədalətli siyasətlə bütün bu mübahisəli məsələləri uğurla idarə edirik”.

Türkiyə Prezidenti çıxışının sonunda bu gündən etibarən Türkiyənin Dəməşq şəhərindəki səfirliyinin fəaliyyətini bərpa etməsinə də toxunub.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …