Cümə , 6 Mart 2026
Drone Cameras

Suriyada terrorçuların atəşi nəticəsində iki əsgər yaralanıb

Suriyada terrorçuların snayper və minaatanlardan hücumları nəticəsində iki əsgər yaralanıb.

Boyukmillet.com  xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı Barışıq Mərkəzi rəhbərinin müavini kontr-admiral Oleq Juravlev bildirib.

“Latakiya əyalətində Karamanlı bölgəsindən olan terrorçuların Kulcok qəsəbəsi ərazisində hökumət qüvvələrinin mövqelərinə həyata keçirdikləri snayper hücumu nəticəsində bir Suriya əsgəri yaralanıb”, – o deyib.

Kontr-admiralın sözlərinə görə, Bərza-Fauqani bölgəsindən minaatanlardan atəş nəticəsində İkko qəsəbəsi ərazisində hökumət qüvvələrinin mövqelərində suriyalı əsgər də yaralanıb.

Check Also

Livan İran vətəndaşları üçün vizasız rejimi ləğv etmək qərarına gəlib

Livan hökuməti iranlılar üçün vizasız rejimi ləğv etmək qərarına gəlib. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər …