Cümə , 13 Mart 2026
Drone Cameras

Suriyada Türkiyə hərbçisi şəhid olub

Suriyanın İdlib vilayətində yaralanan Türkiyə ordusunun hərbçisi şəhid olub.

Boyukmillet.com  xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Bahar qalxanı” əməliyyatı bölgəsində yaralanan çavuş Basri Demirel ötən gün xəstəxanada dünyasını dəyişib.

“Yanvarın 31-də terroristlər tərəfindən edilən silahlı hücum nəticəsində yaralanan bir qəhrəman silahdaşımız yerləşdirildiyi Hatay Dövlət Xəstəxanasında edilən bütün müdaxilələrə baxmayaraq, fevralın 2-də şəhid olub”, – nazirlikdən qeyd olunub.

Check Also

NATO Türkiyə hava məkanında İrandan atılan ballistik raketi vurub

İran tərəfindən atılan raketin parçaları Türkiyənin Qaziantep bölgəsinə düşüb. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir …