Şənbə , 27 İyul 2024
Drone Cameras

Suriyadan repatriasiya olunan azərbaycanlıların hüquqlarının təmini vəziyyəti araşdırılıb

Cari ilin 14 may tarixində Suriya Ərəb Respublikasından Azərbaycana repatriasiyası həyata keçirilən səkkiz Azərbaycan vətəndaşının hüquqlarının təmini vəziyyəti yerində araşdırılıb.

Boyukmillet.com xəbər verir ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüş keçirib.

“Onların hüquqlarının təmini vəziyyəti yerində araşdırılıb. Aparatın nümayəndələrinə sosial xidmət müəssisəsi tərəfindən repatriantların reabilitasiyası üzrə görülmüş və aparılması nəzərdə tutulan işlər barədə məlumat verilib”, – Ombudsman Aparatının məlumatında bildirilib.

Qeyd edilib ki, Suriyadakı vətəndaşların Azərbaycana qaytarılması ilə bağlı Ombudsmana ünvanlanan müraciətlər diqqətdə saxlanılır. Həmin şəxslərin hüquqlarının müdafiəsi istiqamətində zəruri tədbirlərin görülməsi məqsədilə səlahiyyətli dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə fəaliyyət davam etdirilir.

Check Also

2024-cü ilin altı ayında 3 mindən çox insan barədə Azərbaycana girişin məhdudlaşdırılması qərarı verilib

İnzibati Xətalar Məcəlləsinin və Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə 3 min 993 nəfərə …