Şənbə , 24 Oktyabr 2026
Drone Cameras

Suriyadan Türkiyəyə gələn yük maşınında onlarla avtomat aşkarlanıb

Türkiyənin Şanlıurfa vilayətinin Akçakale rayonunda Suriyadan ölkəyə daxil olan yük maşınının yanacaq çənində onlarla avtomat silah və daraq müsadirə edilib.

Bu barədə Boyukmillet.com yerli mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, Akçakale Gömrük Mühafizə Xidmətinin Qaçaqmalçılıq və Kəşfiyyat İdarəsinin əməkdaşları Suriyadan Türkiyəyə daxil olan yük maşınında axtarış aparıb.

Axtarış zamanı yük maşınının yanacaq çənində 51 avtomat silah və 41 daraq aşkarlanıb.

Faktla bağlı yük maşınının sürücüsü A.B. saxlanılıb.

Check Also

Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 73 şübhəli həbs edilib

Türkiyənin Adana şəhəri və 11 vilayətində silahlı cinayətkar qruplaşmalara qarşı keçirilən əməliyyat nəticəsində 73 nəfər …