Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Sürücülük vəsiqəsi və digər sənədlərin daşınması tələbi aradan qaldırıldı

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Boyukmillet.com-un xəbərinə görə, dəyişikliklə sürücülər üçün sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılır.

Şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ və onun avtomobilə sahiblik hüququnun olması Dövlət Yol Polisi əməkdaşları tərəfindən bort-kompüterlər vasitəsilə yoxlanılacaq.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Check Also

Sürücülərə XƏBƏRDARLIQ – Diqqətli olun

Hazırda paytaxt ərazisində bəzi yol sahələrində duman müşahidə olunur. Görmə məsafəsinin məhdudlaşması nəqliyyat vasitələrinin hərəkətinə …