Çərşənbə , 14 May 2025
Drone Cameras

Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının sərhədləri təsdiqlənib

Nazirlər Kabineti “Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının sərhədləri”nin təsdiq edilməsi haqqında qərar qəbul edib.

Boyukmillet.com  xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bildirilib ki, “Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının sərhədlərinin müəyyən edilməsi haqqında” qərar “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunun tətbiqi barədə” Prezident fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib.

“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunun 2.2-ci maddəsinə əsasən Şuşa şəhərinin inzibati sərhədlərinə bitişik yerləşən və onunla təbii-landşaft, sosial, tarixi, mədəni və ya təsərrüfat bağlılığı olan və ya Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizəsi, qorunması və ya inkişafı üçün əhəmiyyətə malik olan ərazilərdə mühafizə zonasının sərhədlərinin müəyyən edilməsi nəzərdə tutulub.

Qərara əsasən qoruğun mühafizə zonasının sərhədləri müəyyən edilib, ərazidə fəaliyyətin tənzimlənməsinə və qoruq rejiminin tətbiqinə hüquqi zəmin yaranıb.Bizim Instagram səhifəmizə abunə olun

Check Also

Xankəndi, Ağdərə və Xocalıya 30 milyon manat investisiya qoyulub

Xankəndi, Ağdərə, Xocalıya 439 sahibkarlıq subyekti 30 milyon manat investisiya qoyub. Boyukmillet.com xəbər verir ki, bunu Xankəndi …