Bazar , 7 Dekabr 2025
Drone Cameras

“Şuşa tək Azərbaycanın yox, həm də dünyanın incisidir” – Eyyub Hüseynov

“Müstəqillik dövründə Şuşaya ilk səfərimdir. Çox böyük təəssürat aldım”.

Bunu “Report”a Azad İstehlakçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynov deyib.

“Atam Şuşalıdır. Gəldim, çox böyük təəssürat aldım. Şükür edirik ki, biz bu gün Şuşadayıq. Şəhərə gəldiyimiz zaman bu yollarda erməni vəhşiliyinin, erməni vandalizminin izlərini gördük. Dünyanın heç bir yerində bu cür dağıdıcı millət yoxdur”, – deyə, o bildirib

E. Hüseynovun fikrincə, Şuşa tək Azərbaycanın yox, həm də dünyanın incisidir.

“Fəxr edirəm ki, Prezident İlham Əliyevin siyasəti, qəhrəman Ordumuzun apardığı iş nəticəsində biz gəlib bu gün buranı ziyarət edirik. Şuşa Azərbaycandır. Şuşa əbədi olaraq Azərbaycanın olacaq”.

Check Also

27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl rayonu yeni inkişaf mərhələsində

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışımız Cəbrayıldan, Aprel döyüşlərindən sonra strateji yüksəkliklərin ordumuzun nəzarətinə keçməsi …