Çərşənbə axşamı , 13 May 2025
Drone Cameras

Şuşa və Ağdama çəkiləcək qaz xətlərinin marşrutları və dəhlizləri müəyyən edilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Şuşa və Ağdama çəkiləcək qaz xətlərinin marşrut və dəhlizlərini müəyyən edib.

Boyukmillet.com xəbər verir ki, bunu “Azəriqaz”ın Yeni Qazlaşma və İnkişaf şöbəsinin rəisi Teymur Cəfərov bildirib.

Onun sözlərinə görə, artıq layihə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub.

“Buna paralel olaraq layihələndirmə işləri də aparıırıq. Ağdam şəhəri üzrə layihələndirməni gələn ay yekunlaşdırmağı planlaşdırırıq. Şuşa şəhəri üzrə layihələndirmə isə müəyyən qədər vaxt aparacaq. Dövlətin qərarı olduqdan və maliyyələşmə məsələləri həll edildikdən sonra artıq bilavasitə şəhərdaxili qaz şəbəkəsi yaradılacaq”, – deyə T.Cəfərov əlavə edib.

Check Also

Azərbaycan neftinin qiyməti 67 dollardan aşağı düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,95 ABŞ dolları, yaxud 1,41 % azalaraq 66,26 ABŞ dolları təşkil …